ABŞ Dövlət katibi Marko Rubionun Latın Amerikasının kiçik dövlətlərinə - Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikan Respublikasına səfəri planlaşdırılır. Rubionun səfərinin Panamadan başlamasının səbəbi aydındır. Rubio Trampın əmrini yerinə yetirməyə gedir, Vaşinqton Panama kanalını nəzarətə götürməyə çalışır.
Bu sözləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rubio Panama rəhbərliyi ilə həm kanalın Amerikaya qaytarılması, həm də Çinin bu dövlətdə möhkəmlənməsindən irəli gələn narahatlığı müzakirə edəcək:
“Çin şirkətləri Panamanın iki böyük limanına nəzarət edir. 2024-cü ildə həmin limanlardan 3.7 milyon konteyner daşınıb. Pekin bununla kifayətlənmək istəmir. Çin Panamanın infrastruktur layihələrinə böyük yatırımlar qoyub. Misal üçün Çin Panamadan Kosta-Rika sərhəddinə qədər yüksək sürətli dəmir yolu tikintisini maliyyələşdirir. Panama kanalı üzərindən ABŞ miqrant axını da həyata keçirilir. Ağ Ev bunun da qarşısını almağa çalışır. Rubio bu mövzunu Mərkəzi Amerika ölkələrinə səfəri zamanı müzakirə edəcək. Bu arada, ABŞ Senatının Ticarət, elm və nəqliyyat komitəsi Panama kanalıyla bağlı dinləmələr keçirib. Komtənin sədri, Texas ştatından olan senator Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-a münasibəti ədalətli deyil”. Göründüyü kimi, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-ın ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir.
Senatın digər üzvləri Çinin Panama kanalından artan rolundan narahatlıqlarını bildiriblər. Respublikçı senatorlar deyiblər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Ona görə də senatorlar ABŞ-ın dəniz strategiyasının dəyişməsi vaibliyini vurğulayıblar. Dinləmələrdə çıxış edən ABŞ-ın Federal Dəniz Komissiyasının sədri Luis Sola senatorların narahatlıqlarını bölüşdüyünü deyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda sazişdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini yazır. Bu, Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri mövcuddur və bu layihələrdə çinli işçilər çalışırlar və onlar kanal ətrafında tikanlı məftillər salıblar”. Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb. Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb. Bu o deməkdir ki, Donald Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq. Panama dövləti buna imkan verməsə, ABŞ-ın güc yolundan istifadə edəcəyi ssenariləri də gündəmdədir”.
Günəş Fərəh
Den.az
ABŞ gücə al ata bilər - Panama kanalı ilə bağlı vacib AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.