Rusiya, xaricdəki aktivlərinin müsadirəsi halında cavab planı hazırlayır.
DenMedia.az xəbər verir ki, bu barədə Bloomberg mənbəyə istinadla yazır.
Məqalədə qeyd olunur: “Rusiya Avropanın Rusiyaya məxsus aktivləri müsadirə etmək addımlarına cavab olaraq, əcnəbilərə məxsus aktivləri milliləşdirə və yeni özəlləşdirmə mexanizmi çərçivəsində sürətlə sata bilər.”
Mənbənin sözlərinə görə, əgər Aİ Rusiya aktivlərini müsadirə etməyə başlasa, Moskva simmetrik addımlar ata bilər.