may
2024
17:18
79

Britaniyadan Rusiyaya qarşı sərt addım: Kremlin cavabı necə olacaq?

8 may, 2024
17:18
79

Britaniyadan Rusiyaya qarşı sərt addım: Kremlin cavabı necə olacaq?

Britaniya hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq niyyətindədir.

Den.az xəbər verir ki, Moskva artıq rəsmi Londonun hərəkətlərinə proporsional cavab vəd edib.

Britaniya hakimiyyəti Londondakı səfirlikdəki Rusiya hərbi attaşesini ölkədən çıxarmaq niyyətindədir. Bu barədə ölkənin daxili işlər naziri Ceyms Kleverli bildirib.

Eyni zamanda, Böyük Britaniya Rusiya Federasiyasının mülkiyyətində olan bəzi daşınmaz əmlakları diplomatik statusdan məhrum edəcək.

Rusiya tərəfinə diplomatik vizaların verilməsinə də məhdudiyyətlər qoyulur.

Rusiya tərəfi artıq Londonun qərarına cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Moskva adekvat cavab vermək niyyətindədir.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar