Bloomberg-in məlumatına görə, amerikalı OpenAI şirkəti dünyanın ən bahalı startapı olub və milyarder İlon Maskın SpaceX şirkətini qabaqlayıb. Şirkətin dəyəri 500 milyard dollara çatıb.
OpenAI bu uğuru, ChatGPT-nin sahibinin reallaşdırdığı müqavilə nəticəsində əldə edib. Mənbənin sözlərinə görə, hazırkı və keçmiş OpenAI əməkdaşları bir sıra investorlarla təxminən 6,6 milyard dollar dəyərində səhmlər sata biliblər.