OpenAI-nin baş direktoru Sem Altman ChatGPT-dən terapevt kimi istifadə edən istifadəçilərə xəbərdarlıq edib.
Den.az xəbər verir ki, Altmanın sözlərinə görə, ChatGPT ilə şəxsi söhbətlər həkim-xəstə məxfiliyinə aid deyil və qanuni olaraq açıqlana bilər.
Bu o deməkdir ki, ən şəxsi sirlərini ChatGPT-yə yazan istifadəçilər hüquqi təminatlarla qorunmur.