Ağ Evin nümayəndəsi Kerolayn Levit ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs təşəbbüsünü “yaxşı və qəbuledilən” adlandırıb.
DenMedia.az xəbər verir ki, Fox News-a danışan Levit bildirib ki, Vaşinqton HƏMAS-dan cavab gözləyir:
“Bu, qəbuledilən plandır və ümid edirik ki, HƏMAS qəbul edəcək. Beləliklə, irəliyə doğru addımlamaq mümkün olacaq”.
Onun sözlərinə görə, cavab üçün vaxt çərçivəsini şəxsən prezident Tramp müəyyən edəcək.
Fələstin Milli Administrasiyası (FMA) isə Trampın təşəbbüsünü alqışlayaraq bildirib ki, müharibənin dayandırılması üçün ABŞ, region ölkələri və tərəfdaşlarla işləməyə hazırdır.
FMA həmçinin müasir, demokratik və hərbsiz Fələstin dövlətinə sadiqliyini vurğulayıb.