DenMedia.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırladığı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması planını açıqlayıb. Plana görə, HƏMAS və digər radikal qruplaşmaların hərbi potensialı neytrallaşdırılmalıdır.
Tramp bildirib ki, bu öhdəliyi ərəb və müsəlman ölkələri yazılı şəkildə üzərlərinə götürüblər.
“Qəzzanın demilitarizasiyası və terror təşkilatlarının silahsızlaşdırılması əsas şərtdir.”
Eyni zamanda Tramp xəbərdarlıq edib:
“Əgər HƏMAS bu planı qəbul etməzsə, ABŞ İsrailin tam dəstəkçisi olacaq və təhdidlərin aradan qaldırılması üçün hərəkətlərinə qarşı çıxmayacaq.”
Qeyd: Tramp və Netanyahunun görüşündən sonra planlaşdırılan birgə mətbuat konfransı baş tutmayıb – yalnız giriş nitqləri səsləndirilib.