DenMedia.az xəbər verir ki, oktyabrın 3-nə keçən gecə Rusiya ordusu Ukraynanın qaz hasilatı infrastrukturuna müharibənin əvvəlindən bəri ən genişmiqyaslı zərbə endirib. Xarkov və Poltava vilayətlərində “Naftoqaz” şirkətinin obyektləri atəşə tutulub.
Şirkətin məlumatına görə, infrastruktur üzərinə 35 raket, o cümlədən çoxlu sayda ballistik raket və 60 dron buraxılıb.
“Bir hissəsini vurmaq mümkün oldu. Təəssüf ki, hamısını yox. Bu hücum nəticəsində xeyli obyekt zədələnib, dağıntıların bir qismi isə kritikdir”, – “Naftoqaz”ın açıqlamasında bildirilib.
“Naftoqaz” qrupunun rəhbəri Sergey Koretski deyib ki, hazırda hücumun nəticələrinin aradan qaldırılması davam edir: “Ukraynanın tərəfdaşları ilə birlikdə işləyirik ki, bu zərbəyə və onun ümumi vəziyyətə təsirinə operativ və adekvat reaksiya verilsin”.