Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb, tərəflər Qəzza sektorundakı vəziyyəti müzakirə ediblər.
DenMedia.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
“Danışıqlar zamanı liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, eləcə də Qəzzadakı vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti bildirib ki, onun Vaşinqtona səfəri Ankara ilə Vaşinqton arasındakı əlaqələri daha da möhkəmləndirib və bütün sahələrdə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsi üçün addımların vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunur.
Ərdoğan həmçinin bəyan edib ki, Ankara Qəzzada vəziyyətin həllinə dair bütün sülh təşəbbüslərini alqışlayır və bu istiqamətdə diplomatik əlaqələri daha da aktivləşdirəcək.