Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani arasında telefon danışığı baş tutub.
Den.az xəbər verir ki, bu barədə Türkiyyə mediası məlumat yayıb.
“Söhbət zamanı Türkiyə ilə İraq arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, “Terrorsuz Türkiyə” prosesi həssaslıqla həyata keçirilir, Ankara regionda terrordan birdəfəlik xilas olmağa çalışır, addımlar qətiyyətlə davam etdiriləcək və bu prosesi pozmağa çalışanlara qarşı sayıq mübarizə aparılacaq”, – məlumatda qeyd olunur.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə və İraq bütün sahələrdə, xüsusilə “İnkişaf Yolu” layihəsi çərçivəsində qarşılıqlı fayda əsasında əlaqələrini inkişaf etdirməkdə davam edirlər. Globalinfo.az