İsrail Qəzza zolağında saxlanılan girovların azad olunması məsələsini müzakirə etmək üçün danışıqlar aparacaq nümayəndələr göndərəcək.
DenMedia.az xəbər verir ki, bu barədə RİA Novosti İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, danışıqlar qrupu hökumətdən israilli girovların azad olunması müqabilində bəzi fələstinli döyüşçülərin həbsxanalardan buraxılması planının detallarını müzakirə etmək üçün nümayəndə heyətinin göndərilməsinə hazırlıq tapşırığı alıb.
Hazırda ABŞ prezidenti Donald Trampın planına əsasən keçiriləcək ilk danışıqların harada baş tutacağı məlum deyil.