Avropa İttifaqı ölkələrindəki problemlər Rusiyanın deyil, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin günahı ucbatından dərinləşir.
DenMedia.az xəbər verir ki, bu fikri Dialogue Works adlı YouTube kanalının efirində keçmiş NATO müşaviri və İsveçrə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Jak Bo səsləndirib.
O, bu sözləri Avropa İttifaqı daxilində qiymətlərin artması və ABŞ-la münasibətlərin gərginləşməsi fonunda söyləyib. Ekspertin fikrincə, Aİ siyasətçiləri problemləri ideoloji prizmadan dəyərləndirir, faktları isə görməzlikdən gəlirlər. Onun sözlərinə görə, Avropa siyasətçilərinin nə konkret məqsədi, nə də strateji baxışı var.
Bundan əvvəl Politico nəşri yazmışdı ki, Avropa İttifaqı rəhbərliyinə, xüsusilə də Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsvermələri artıq avropalı siyasətçilər üçün adi hal almağa başlayıb. Avropa Parlamentinin anonim deputatının sözlərinə görə, “qarşıda hələ çox səsvermə olacaq və bunlar Komissiya rəhbərinin liderlik keyfiyyətləri üçün ciddi sınaq olacaq.”