Şarm əl-Şeyxdə Qəzza sektorundakı münaqişənin nizamlanmasına dair danışıqların ikinci günündə HƏMAS hərəkatının nümayəndə heyəti girovların azad edilməsinin İsrail qoşunlarının tam çıxarılması ilə əlaqələndirilməsini tələb edib.
“DenMedia.az” xəbər verir ki, bu barədə Al Jazeera telekanalı mənbəyə istinadən məlumat verib.
HƏMAS nümayəndə heyəti bəyan edib:
“Sonuncu girovun azad edilməsi işğalçı qüvvələrin tam çıxarılması ilə eyni vaxta təsadüf etməlidir.”
Mənbənin məlumatına görə, tərəflər danışıqlar zamanı qoşunların çıxarılma xəritələrini və girovların azad edilmə cədvəlini müzakirə ediblər.
HƏMAS, həmçinin, münaqişənin tam başa çatmasına və İsrail ordusunun Qəzza sektorundan tam çıxarılmasına dair beynəlxalq zəmanətlərin verilməsini tələb edib.