Cinayətkarlar 2022–2023-cü illərdə Avropa kitabxanalarından təxminən 170 ədəd nadir rus klassik əsərini oğurlayıblar.
“DenMedia.az” “The Guardian-a istinadən xəbər verir ki, oğurlanan kitabların ümumi dəyəri 2,5 milyon funt sterlinqdən çoxdur.
Məlumata görə, oğrular saxta adlar və sənədlərlə kitabxanalardan sifarişlər verib, bəzi hallarda isə orijinal nüsxələri saxta kitablarla əvəz ediblər.
2023-cü ilin oktyabrında gənc bir cütlük Varşava Universiteti kitabxanasından XIX əsrə aid səkkiz nadir kitab sifariş edib — onların arasında Puşkin və Qoqolun əsərləri də olub. Kitabxana əməkdaşları fasilədən qayıtdıqda beş kitabın yoxa çıxdığını aşkarlayıblar. Daha sonra aparılan yoxlama nəticəsində məlum olub ki, ümumilikdə 74 klassik rus əsəri kitabxanadan oğurlanıb.
Krajalardan uzun müddət xəbərsiz qalmalarının səbəbi isə bu olub ki, köhnə və dəyərli nəşrlərə maqnit etiketlər vurulmayıb — nadir nüsxələrin zədələnəcəyindən ehtiyat edilib.
“The Guardian”ın məlumatına görə, oğurlanmış kitabların bir hissəsi beynəlxalq auksionlar vasitəsilə satıla bilər.