ABŞ-ın Westland Distillery adlı viski zavodunun anbarından təxminən 1 milyon dollar dəyərində böyük həcmdə viski partiyası oğurlanıb.
DenMedia.az xəbər verir ki, bu barədə AP News məlumat yayıb.
Zavod nümayəndələrinin verdiyi məlumata görə, cinayətkarlar saxta sənədlərdən istifadə edərək anbara giriş əldə ediblər və 12 min butulka alkoqollu içkini çıxarıblar. Oğurlanan viskilər arasında Garryana adlı nadir birayaqlı (odnosoldovoy) viskinin 10 il yaşlandırılmış versiyası da var. Zavod bildirir ki, bu içkinin hazırlanması 10 ildən çox vaxt tələb edir və bu hadisə nəticəsində illik ehtiyatın demək olar ki, yarısı itirilib.
“Bu, olduqca təəssüf doğuran və qeyri-adi bir vəziyyətdir,” – deyə zavodun icraçı direktoru Ceyson Mur bildirib.
Ekspertlərin sözlərinə görə, oğurlanan viski kolleksiya dəyərinə malikdir. Garryana seriyası, nüfuzlu Whisky Advocate jurnalının versiyasına əsasən, dünyanın üçüncü ən yaxşı viskisi seçilmişdi.
Hadisə ilə bağlı araşdırmanı hazırda Skaqit dairəsi şerif ofisi aparır. Hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyiblər.
Westland Distillery nümayəndələri bildiriblər ki, şirkət artıq əlavə təhlükəsizlik tədbirləri görüb və müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirməyə fokuslanıb. Fransanın Remy Cointreau qrupuna məxsus zavod, maliyyə itkilərinə baxmayaraq, fəaliyyətini davam etdirəcək.