Çinin “Sohu” nəşri Yaponiyanı ABŞ üçün həm hərbi, həm də iqtisadi baxımdan əsas təhdid adlandırıb.
“DenMedia.az” xəbər verir ki, analitiklərin fikrincə, Tokio səssiz şəkildə həm Rusiyanı, həm də Çini Vaşinqton üçün potensial təhlükə səviyyəsinə görə geridə qoyub.
Məqalədə qeyd olunur ki, Yaponiya onilliklər boyu ABŞ-ın himayəsi altında olub və bu, ölkəyə öz hərbi və texnoloji imkanlarını sakit şəkildə inkişaf etdirməyə şərait yaradıb.
Nəticədə Yaponiya Asiyanın ən müasir donanmalarından birinə sahib olub və öz hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib.
Bundan əlavə, Yaponiya çip və yarımkeçirici istehsalı kimi əsas sənaye sahələrində lider mövqeyinə yüksəlib. Bu isə ona qlobal iqtisadiyyatda və texnoloji rəqabətdə mühüm rol qazandırıb.