Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" hesabında Ukrayna hərbi komandanlığının "Texnoloji Qərargah" iclası keçirəcəyini bildirib.
DenMedia.az xəbər verir ki, bu iclasın əsas mövzusu uzaqmənzilli silah istehsalının artırılması olacaq.
Prezidentin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski hesabat verib. Zelenski vurğulayıb:
“Ukrayna hərbçilərinə dəqiqliklərinə görə təşəkkür edirəm – uzaqmənzilli imkanlarımızla bağlı yaxşı nəticələr əldə olunub. Ukrayna özünü ədalətli şəkildə müdafiə edir və bu, Rusiya ərazisində də hiss olunur.”
Zelenski əlavə edib ki, “Texnoloji Qərargah”da əsas diqqət uzaqmənzilli imkanların genişləndirilməsinə, o cümlədən müxtəlif tip dronların və raketlərin istehsalına yönələcək.