ABŞ Federal Təhqiqat Bürosu (FBI) aparıcı hüquq və texnologiya şirkətlərinə yönəlmiş haker hücumları üzrə genişmiqyaslı istintaqa başlayıb. “DenMedia.az” xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
İşə görə, hakerlər son aylarda 12-dən çox iri şirkətin kompüter sistemlərinə hücum ediblər. Bu hücumlar əsasən konfidensial məlumatlarla işləyən təşkilatları əhatə edib.
Məlumata görə, təhlükəyə məruz qalanlar arasında ölkənin tanınmış siyasi xadimlərinin maraqlarını müdafiə edən Williams & Connolly hüquq firması da olub. Bu şəxslərə 42-ci ABŞ prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton daxildir.
Fırma artıq müştərilərə elektron yazışmalara icazəsiz giriş faktı barədə məlumat verib. Lakin Williams & Connolly nümayəndələri vurğulayıb ki, ən həssas məlumatlar hakerlərin əlinə keçməyib.
İstintaq Vaşinqton FBI şöbəsi tərəfindən kiber təhlükəsizlik ekspertlərinin iştirakı ilə koordinasiya olunur. İlkin versiyaya görə, hücumlarda Çinlə əlaqəli hakerlərin iştirak etməsi ehtimal olunur.