ABŞ prezidenti Donald Tramp sələfi Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib.
Den.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
O qeyd edib ki, bununla yanaşı, keçmiş vitse-prezident Kamala Harris, sabiq dövlət katibi Hillari Klinton, Antoni Blinken, onu saxtakarlığa görə mühakimə edən Nyu York Baş prokuroru Letitia Ceyms və sair daxil olmaqla, 15 nəfər bu sırada yer alır.
“Həmin şəxslərin məxfi məlumatlara çıxışı artıq milli maraqlara uyğun deyil. Bu barədə mövcud qanuna uyğun olaraq bütün əlavə tədbirlər görməyi tapşırmışam”, – deyə Tramp bildirib.
Həmçinin qeyd olunur ki, ümumilikdə 15 nəfərin məxfi brifinqlərə və ya müşayiətçi olmadan ABŞ-ın təhlükəsiz hökumət obyektlərinə daxil olmaq imkanı olmayacaq.
Direktivdə adları çəkilən digər şəxslər arasında keçmiş nümayəndələr Liz Çeyni və Adam Kinzinqer, keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da var.
Bir çox adamın icazələri bu ay Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard tərəfindən ləğv edilib.
Trampdan 15 nəfərlə bağlı sərt qərar: Siyahıda Bayden də var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.