ABŞ prezidenti Donald Trampın Fələstin–İsrail münaqişəsinin həlli ilə bağlı sülh planının “birinci mərhələsi” çərçivəsində “İsrail Qəzzə zolağının 53 faizinə nəzarəti saxlayacaq”.
DenMedia.az xəbər verir ki,Bu barədə məlumatı “Ynet portalı” verir.
“Saziş İsrail hökumətində təsdiqləndikdən sonra İsrail 24 saat ərzində qoşunlarını HƏMAS ilə razılaşdırılmış xəttə qədər geri çəkməlidir”, — deyə portal qeyd edir.
Bundan sonra “İsrail Qəzzə zolağının təxminən 53 faizinə nəzarəti öz əlində saxlayacaq”.
“Qoşunların geri çəkilməsi zamanı İsrail Müdafiə Ordusu ‘Gideonun arabaları’ əməliyyatı çərçivəsində ələ keçirilən Qəzza şəhərini tərk edəcək”.