Fransanın sağçı “Milli Birlik” (Rassemblement National) partiyası 13 oktyabr, bazar ertəsi günü ölkənin yeni hökumətinə qarşı etimadsızlıq qərarının təqdim olunacağını elan edib.
DenMedia.az bildirir ki,Bu barədə partiyanın lideri Marin Le Pen sosial şəbəkə X (Twitter) hesabında paylaşım edib.
“Son bir neçə gündür dediyimiz kimi, hökumətə “Milli Birlik” və bizim “Respublika uğrunda sağ birliyi”ndəki müttəfiqlərimiz tərəfindən etimad göstərilməyəcək. Sabah biz etimadsızlıq qətnaməsini təqdim edəcəyik,” — deyə Le Pen bildirib.
🇫🇷 Le Pen həmçinin prezident Emmanuel Makronu dərhal Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmağa və yeni parlament seçkiləri keçirməyə çağırıb.
“Fransa vətəndaşları söz deməli və öz yeni əksəriyyətini seçməlidir,” — deyə siyasətçi vurğulayıb.
Bu bəyanat Fransada hökumətin sabitliyini bir daha sual altına qoyub və ölkədə siyasi gərginliyi daha da artırıb.