ABŞ prezidenti Donald Tramp əmindir ki, Rusiya lideri Vladimir Putin Ukraynada münaqişəni həll edəcək.
DenMedia.az xəbər verir ki, bu barədə o, RIA Novosti-yə açıqlamasında bildirib.
💬 “Düşünürəm ki, Putin vəziyyəti tənzimləsə, bu onun üçün möhtəşəm bir addım olar. Və mən inanıram ki, o, bunu edəcək. Amma əgər etməsə — bu, onun üçün yaxşı qurtarmayacaq,” — deyə Tramp vurğulayıb.
🇷🇺 Tramp əlavə edib ki, əgər münaqişə həll olunmasa, ABŞ Ukraynaya Tomahawk raketlərinin ötürülməsi imkanını nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Putinlə şəxsən danışmaq ehtimalı da var.
🇺🇦 Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ağ Ev hələ Tomahawk tədarükü ilə bağlı qərar verməyib. Onun sözlərinə görə, Kiyev bu istiqamətdə “fəal işləyir”.