Ukraynaya ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərinin verilməsi ehtimalı, ABŞ prezidenti Donald Trampın Ukrayna böhranına münasibətdə mövqeyində ciddi dəyişiklik olacağına dəlalət edir.
DenMedia.az xəbər verir ki, bu barədə The Washington Post yazır.
Nəşrin analitiklərinin fikrincə, Tramp əvvəlcə münaqişəni sülh yolu ilə bitirməyə və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışırdı.
“Tramp bəyan edib ki, o, artıq demək olar, qərarını verib. Əgər o, Ukraynaya ‘Tomahawk’ların alınmasına yaşıl işıq yandırsa, bu, onun münaqişə ilə bağlı siyasətində mühüm dönüş nöqtəsi olacaq,” – deyə hərbi ekspertlər bildirirlər.