Ağ Evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı hərbi münaqişənin başa çatdığını elan edib.
“Müharibə bitdi,” — deyə Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib.
DenMedia.az xəbər verir ki, o, həmçinin regionda yeni administrasiyanın fəaliyyətə başlamasının “yaxın zamanda” baş verəcəyini vurğulayıb.
Bu bəyanat ABŞ-ın vasitəçilik səylərinin Qəzza böhranında yeni mərhələyə keçdiyinə işarə kimi qiymətləndirilir.