ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunda atəşkəsi 10 oktyabra qədər əldə etmək istəyir ki, Nobel mükafatını qazanmaq imkanını əldən verməsin. “DenMedia.az” xəbər verir ki, bu barədə Türkiyə qəzetinin Hurriyet-də dərc olunan məqaləsində hökumət dairələrinə yaxın mənbəyə istinadla jurnalist Abdülkadir Selvi məlumat verib.
“Tramp başa düşüb ki, Nobel mükafatına gedən yol Qəzzadan keçir. Nobel mükafatları 10 oktyabrda elan olunacaq. Tramp bu tarixi gözləmədən atəşkəsi təmin etməyə çalışır ki, mükafat şansını əldən verməsin,” – deyə Selvi qeyd edib.