DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı bildirib ki, xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya prezidenti Vladimir Putin arasında təxminən beş saat davam edən görüş baş tutub.
Tramp görüşün uzunluğuna təəccüb etdiyini deyib:
“Beş saatdan sonra o, otaqdan çıxdı və mən soruşdum: “Beş saat nəyi müzakirə etdiniz?” O isə cavab verdi ki, çox maraqlı mövzular müzakirə olunub.”
Trampın sözlərinə görə, görüş konstruktiv keçib və tərəflər “bir sıra mühüm məsələləri” ətraflı şəkildə müzakirə ediblər.