Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir rəsmilərinə bildirib ki, əgər İsrailin baş naziri Binyamin Netanyahu Qəzza ilə bağlı sammitdə iştirak edəcəksə, o, tədbirə qatılmayacaq. DenMedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
“Misir prezidentinin Netanyahunun sammitdə iştirak edəcəyini açıqlamasından sonra maraqlı diplomatik hadisə baş verdi — Türkiyə prezidentinin təyyarəsi Şarm əl-Şeyx beynəlxalq hava limanında eniş üçün zolağı ötüb keçdi,” — deyə məlumatda qeyd olunur.
Mənbələrin bildirdiyinə görə, Ərdoğanın bəyanatından sonra Netanyahunun adı sammit proqramından çıxarılıb.
Bundan sonra Ərdoğanın təyyarəsi hava limanına geri dönərək eniş edib.