DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təyyarəsi Qəzza müharibəsinə son qoymaq məqsədilə keçiriləcək sammit üçün Şarm əl-Şeyxə eniş edib.
Tədbirdə dünyanın aparıcı liderləri və əsas ölkələrin nümayəndələri iştirak edəcək. Görüşün məqsədi — regionda sülhün təmin olunması və münaqişənin diplomatik yolla həllidir.
Trampı hava limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi şəxsən qarşılayıb.
Qeyd olunur ki, Trampın İsraildən Misirə uçuşu zamanı onun təyyarəsini Misir qırıcıları müşayiət edib.