Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Suriya keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək.
DenMedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əhməd əş-Şaraa Rusiyaya işgüzar səfərlə gələcək. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti və Rusiya–Suriya münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
“Xüsusi diqqət ticarət-iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlığa, həmçinin regionda vəziyyətin nizamlanması üzrə birgə addımların koordinasiyasına yönəldiləcək,” — deyə Kremlin məlumatında bildirilir.