Argentina siyasətçisi Ernan Damiani debat zamanı canlı efirdə dünyasını dəyişib.
DenMedia.az xəbər verir ki, bu barədə Página12 nəşri məlumat yayıb. Onun ölümünə səbəb ürək tutması olub.
Damiani “Radikal Vətəndaş İttifaqı” partiyasından parlament seçkilərində namizəd idi. O, “Dólar Blue” adlı televiziya proqramında çıxış edərkən qəfil huşunu itirib.
Siyasətçi dərhal Posadas şəhərindəki xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlumata görə, Ernan Damiani 1997–2001-ci illərdə Argentina parlamentində deputat kimi fəaliyyət göstərib.