ABŞ prezidenti Donald Tramp əvvəlcə həbs olunmuş respublikaçı keçmiş konqresmen Corc Santos üçün çıxardığı qərarla onun cəzasını yüngülləşdirib və dərhal azadlığa buraxılmasını əmr edib. Denmedia.az xəbər verir ki, bu barədə Tramp Truth Social hesabında yazıb:
“Mən az öncə Corc Santosun azad olunması ilə bağlı fərman imzaladım – o, dərhal həbsdən buraxılacaq.”
Prezident paylaşımında həmçinin sabiq konqresmenə “uğurlar və gözəl həyat” arzulayıb.
SANTOSUN İŞİ
Dekabr 2023-cü ildə ABŞ Nümayəndələr Palatası Corc Santosu maliyyə fırıldaqları və seçki kampaniyası zamanı yalan bəyanatlar verməsi səbəbilə Konqresdən uzaqlaşdırmışdı.
311 nəfər onun uzaqlaşdırılmasının lehinə, 114 nəfər isə əleyhinə səs vermişdi.
Aprel 2024-də məhkəmə qərarı ilə Santos 23 federal ittiham üzrə günahını etiraf etdikdən sonra 87 ay azadlıqdan məhrum edilmişdi.
O, dəstəkçilərinin ianələrini mənimsəməkdə, işsizlik müavinətini qanunsuz şəkildə almaqda və maliyyə hesabatlarını gizlətməkdə ittiham olunmuşdu.