ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə təşəkkür edib.
DenMedia.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Təşəkkür edirəm, prezident Putin!” — deyə Ağ Evin rəhbəri paylaşımında qeyd edib və sözlərinə Putinin çıxışından sitatlar və video əlavə edib.
Bundan az əvvəl Vladimir Putin bəyan etmişdi ki, Sülh üzrə Nobel Mükafatı bəzən bu ada layiq olmayan şəxslərə verilib və bununla da mükafatın nüfuzuna ciddi zərbə vurulub.
Jurnalistlərin “Tramp Nobel mükafatına layiqdirmi?” sualına cavabında Putin bildirib ki, “kimə mükafat veriləcəyinə qərar vermək onun işi deyil.”
Rusiya prezidenti eyni zamanda qeyd edib ki, ABŞ lideri Donald Tramp Ukrayna böhranından çıxış yolu tapmaqda səmimi istək nümayiş etdirir.