Gürcüstanın Acarıstan Muxtar Respublikasında 5 Türkiyə vətəndaşı saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın gedişinə görə, saxlanılanlardan biri qəsdən ağır bədən xəsarəti yetirməkdə, digərləri isə qrup halında xuliqanlıq törətməkdə ittiham olunur.
Hadisə Helvaçauri bələdiyyəsində yerləşən restoranda baş verib. Məlumata əsasən, təqsirləndirilən şəxslərdən biri iki Türkiyə vətəndaşına bıçaqla zərbələr endirib. Yaralılar dərhal xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.
Hazırda faktla bağlı istintaq davam etdirilir.