Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə “Gürcü Arzusu”nun qərargahı önündə baş verən qarşıdurma ilə bağlı araşdırmaya başlayıb. Hadisə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi – “qrup halında zorakılıq törətmə” ittihamı ilə araşdırılır.
DenMedia.az xəbər verir ki, bu barədə nazirlikdən açıqlama yayılıb.
Güstan DİN insidenti “vətəndaşlar arasında qarşıdurma” kimi qiymətləndirib. Bildirilib ki, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görüblər.