ABŞ prezidenti Donald Trampın fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin şərtləri ilə sülh sazişinə getməlidir, əks halda o, məhv ediləcək. Denmedia.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti mənbələrinə istinadən yazır.
Jurnalistlərin məlumatına görə, 17 oktyabrda Ağ Evdə keçirilən qapalı görüş gərgin atmosferdə keçib və ABŞ lideri ukraynalı həmkarına bildirib ki, o, Rusiya ilə münaqişədə uduzur və buna görə də Putinlə sülh sazişi imzalamalıdır.
“Əgər [Putin] istəsə, səni məhv edər,” – Trampın belə dediyi bildirilir.
Mənbələr həmçinin qeyd ediblər ki, görüş zamanı ABŞ prezidenti Kiyevə Tomahawk qanadlı raketlərinin satışından qəti şəkildə imtina edib və elə bir anda Ukrayna nümayəndə heyətinin Vaşinqtona gətirdiyi döyüş vəziyyətinə dair xəritələri əsəblə kənara atıb.
“Putinlə sülhə getməlisən, əks halda uduzacaqsan,” – Trampın Zelenskiyə dediyi daha bir sitat kimi göstərilir.