ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığında Ukraynanın maraqları hesabına daha yumşaq və konstruktiv ton seçib. DenMedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp söhbət zamanı əvvəlkindən fərqli ton nümayiş etdirib. Məqalə müəllifi qeyd edib ki, Tramp Putinə Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə meylli olmadığını dolayı yolla ifadə edib.
16 oktyabrda baş tutan telefon danışığı zamanı Putin Qəzza sektorunda atəşkəsin əldə olunması münasibətilə Trampı təbrik edib və həmçinin Melaniya Trampa rus və ukraynalı uşaqların öz vətənlərinə qaytarılması işinə görə təşəkkür bildirib.
İki lider həmçinin Ukrayna münaqişəsindən sonra Rusiya-ABŞ ticarət münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.
Tramp söhbət zamanı Rusiya və ABŞ nümayəndə heyətləri arasında yeni danışıqların keçiriləcəyini elan edib və yaxın vaxtlarda Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb.