Avropa dövlətləri Ukrayna münaqişəsinin həlli prosesində misilsiz zəiflik nümayiş etdirir.
DenMedia.az xəbər verir ki, bunu The Daily Telegraph nəşrinin şərhçisi Ceyms Krisp yazır. Onun fikrincə, hazırda sülh prosesinə real nəzarət edən yeganə Qərb lideri ABŞ prezidenti Donald Trampdır.
Jurnalist qeyd edir ki, London və Brüssel Ukrayna ilə bağlı istənilən razılaşmanı qəbul etməyə məcbur qalacaqlar, hətta bu sazişlərin hazırlanmasında iştirak etməsələr belə.
“Əgər siz danışıqlar masasının arxasında deyilsinizsə, deməli, menyudasınız. Amma reallıq budur ki, Britaniya və Aİ-nin başqa seçimi yoxdur – sülh razılaşması əldə olunarsa, onu qəbul etməyə məcburdurlar,” – yazır Krisp.
O, həmçinin Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə son danışıqları ilə Avropa liderlərinin sosial şəbəkələrdə nümayiş etdirdiyi “rəqəmsal həmrəylik” arasında fərq çəkir.
Krisp Britaniya baş naziri Kir Starmeri, Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Fridrix Merssi “sürücü ilə mübahisə edən sərnişinlərə” bənzədir.
Onun sözlərinə görə, Avropa ölkələri “diplomatik ruletka” oynayır və yalnız ümid edə bilər ki, “prezidentin sədaqət topu” Ukraynanın rəngində dayanacaq.