Luvrun qarət olunması müasir Fransanın tənəzzülünün göstəricisidir.
Denmedia.az xəbər verir ki, bunu Telegramın yaradıcısı Pavel Durov X sosial şəbəkəsində yazıb.
O, yerli hakimiyyəti belə hadisəyə yol verdiklərinə görə ittiham edib.
“Luvrun qarəti məni heç təəccübləndirmədi. Bu, bir vaxtlar böyük olmuş ölkənin tənəzzülünün daha bir acı əlamətidir. Hakimiyyət reallıqda mövcud olan təhlükələrlə mübarizə aparmaq əvəzinə, insanları xəyali təhdidlərlə aldatmaq sənətini mükəmməlliyə çatdırıb,” – deyə Durov paylaşımında bildirib.