Türkiyənin Uşak şəhərinin kassasiya məhkəməsi gözlənilməz qərar çıxararaq bir kişini keçmiş həyat yoldaşına telefonundakı təhqiredici qeyd səbəbilə kompensasiya ödəməyə məcbur edib. “Denmedia.az” xəbər verir ki, bu barədə Haberler nəşri məlumat yayıb.
Məhkəmənin araşdırmasına görə, kişi keçmiş arvadının adını telefonunda “Tombik” kimi saxlayıb. Hakimlər hesab ediblər ki, bu “emosional zorakılıq formasıdır” və qadına mənəvi zərər yetirilib.
“Kassasiya məhkəməsi qadını zərərçəkən kimi tanıyıb və onun xeyrinə maddi və mənəvi təzminat ödənilməsinə qərar verib,” — deyə Haberler yazır.
Kompensasiyanın dəqiq məbləği açıqlanmasa da, qərar artıq presedent kimi qiymətləndirilir.
Bu hadisə ölkədə geniş rezonans doğurub — media yazır ki, qərardan sonra Türkiyədə bir çox kişilər ehtiyat üçün telefonlarındakı kontakt adlarını təcili dəyişməyə başlayıblar.