Sumqayıt şəhərində dəhşətli ailə faciəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kişi həyat yoldaşını öldürdükdən sonra özünə qəsd edib.
Hadisə barədə məlumat daxil olan kimi polis əməkdaşları və təcili tibbi yardım briqadaları əraziyə cəlb olunub. Hazırda ölən şəxslərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ellada Rəsul