DenMedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, ABŞ prezidenti Donald Tramp Budapeştdə Vladimir Putinlə planlaşdırılmış görüşü ləğv etdikdən və yeni sanksiyalar tətbiq etdikdən sonra “tam şəkildə Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub.”
“Əgər kiminsə hələ də illüziyası qalıbsa – buyurun, görün. ABŞ bizim düşmənimizdir, onların çoxdan danışan ‘sülhsevəri’ indi tam mənasıyla Rusiyaya qarşı müharibə yolundadır,” — deyə Medvedev Telegram kanalında yazıb.
O vurğulayıb ki, Tramp əvvəllər “banderovçu Kiyevin tərəfində o qədər də fəal vuruşmurdu”, lakin indi bu münaqişə artıq onun öz müharibəsidir, Baydenin deyil.
“Əlbəttə, deyəcəklər ki, o, başqa cür hərəkət edə bilməzdi, Konqres təzyiq göstərirdi və sair. Amma əsas dəyişmir: bu qərarlar Rusiyaya qarşı müharibə aktıdır. Tramp indi tam şəkildə ‘dəli Avropa’ ilə həmrəy olub,” — deyə Medvedev qeyd edib.