İsrail Müdafiə Ordusu (ÇAXAL) bəyan edib ki, Livanın Bekaa vadisinin şərq hissəsinə hava hücumları həyata keçirilib.
“Denmedia.az” xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Rəsmi açıqlamaya görə, zərbələrin hədəfi “Hizbullah”ın döyüşçülərinin toplandığı təlim düşərgəsi və yüksək dəqiqlikli raketlərin istehsal olunduğu obyekt olub.
Ordunun məlumatına əsasən, həmin təlim bazası İsrailə qarşı hücumların planlaşdırılması üçün istifadə edilirdi.
Bundan əlavə, ÇAXAL bildirir ki, Livanın şimal hissəsində yerləşən “Hizbullah”a məxsus digər hərbi obyekt də vurulub.