Livanın cənubundakı Xaruf kəndində İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində bir nəfər yaralanıb.
DenMedia.az xəbər verir ki, bu barədə “əl-Əxbar” qəzeti məlumat yayıb.
Məlumata görə, zərbə məktəb yaxınlığında dayanmış avtomobili hədəfə alıb. Hücumun “Hizbullah”ın yüksək vəzifəli üzvü Abbas Həsən Karkanın qohumuna yönəldiyi bildirilir. Karka dünən Tül kəndində İsrailin aviazərbəsi nəticəsində həlak olmuşdu.
İsrail mətbuatının iddiasına görə, Karka “Hizbullah”ın cənub cəbhəsində arxa təminat komandanı vəzifəsini icra edirdi.
İsrail Müdafiə Ordusu (IDF) hadisə ilə bağlı hələlik rəsmi şərh verməyib.

