Əfqanıstan və Pakistan rəsmiləri şənbə günü İstanbulda sərhəd böhranının həlli yollarını və atəşkəs rejiminin qorunması üçün şəraitin yaradılmasını müzakirə edirlər. Görüş 19 oktyabrda Dohada əldə edilmiş atəşkəs razılaşmasının davamı kimi keçirilir.
EFE agentliyinin məlumatına görə, Əfqanıstan nümayəndə heyətinə ölkənin daxili işlər nazirinin müavini Hacı Nacib rəhbərlik edir. Pakistan tərəfi isə öz nümayəndə heyətinin tərkibi barədə məlumat verməyib.
Diplomatik mənbələr qeyd edir ki, danışıqların əsas məqsədi iki ölkə arasında artan gərginliyi yumşaltmaq və sərhəd insidentlərinin təkrarlanmasının qarşısını almaqdır.

