İstanbulda Türkiyə, Rusiya və Ukrayna arasında üçtərəfli görüş başlayıb.
“Den.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşıb.
Türkiyənin XİN rəhbəri Hakan Fidan görüşdə açılış nitqi ilə çıxış edib.
O, çıxışında tərəfləri sülhlə bağlı razılığa gəlməyə çağırıb.
Qeyd edək ki, iclas daha sonra Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar formatında davam etdiriləcək.
Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndələrinə isə ölkə prezidentinin köməkçisi Vladimir Medinskiy rəhbərlik edir.