Amerikalı sahibkar və milyarder İlon Mask “Vikipediya”ya alternativ kimi təqdim olunan “Grokipediya” adlı yeni onlayn layihəsini ictimaiyyətə təqdim edib.
DenMedia.az xəbər verir ki, bu barədə Business Insider (BI) məlumat yayıb.
“Bazar ertəsi İlon Mask ‘Grokipediya’ adlı ‘Vikipediya’ya alternativ platformanı işə salıb,” – deyə nəşrdə bildirilir.
Məlumata görə, platformada artıq 885 mindən çox məqalə yerləşdirilib.
Buna baxmayaraq, layihənin yeni istifadəyə verilməsinə baxmayaraq, bəzi istifadəçilər saytda işləyərkən çətinliklərlə üzləşiblər.

