ABŞ-da magistral yolda baş verən qəza nəticəsində laboratoriya meymunları qaçıb.
DenMedia.az xəbər verir ki, bu barədə The Independent məlumat yayıb.
Hadisə 2025-ci il oktyabrın 28-də I59 trasında, 117-ci mil yaxınlığında baş verib.
Qəza zamanı Tulane Universitetinə məxsus rezus-makaqlar daşıyan yük maşını çevrilib.
Meymunların təxminən 18 kiloqram çəkisi var, aqressiv davranış nümayiş etdirirlər və insanlar üçün qoruyucu vasitə olmadan təmas təhlükəlidir. Onlar COVİD-19, hepatit C və herpes viruslarının daşıyıcısıdır.
Məlumata görə, qaçan meymunların hamısı, bir fərd istisna olmaqla, zərərsizləşdirilib.
Sonuncu meymunun axtarışına xüsusi biotəhlükəsizlik xidməti cəlb olunub.

