Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 25 nəfər yaralanıb.
"Den.az" xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Qəza saat 15:30 (Bakı vaxtı ilə 16:30 – red.) radələrində Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. İddiaya görə, boyaxananın işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.
Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.
Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - Çox sayda yaralı var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.