Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində Halloween-lə bağlı bütün atributlar — kostyumlar, makiyaj, bəzəklər və dekorasiyalar — qadağan edilib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı “Birinci Universitet” adlı Telegram kanalı yayıb.
Məlumata görə, birinci kurs tələbələrinə rəsmi bildiriş göndərilib:
əgər qaydanı pozsalar, onlara xəbərdarlıq ediləcək, kostyumlarını dəyişməyə və ya binanı tərk etməyə məcbur olunacaqlar.
Fakültə rəhbərliyi məsələ barədə açıq açıqlama verməyib.
Halloween, xristianlıqdan əvvəlki kelt adətlərinə əsaslanan dünyəvi bayramdır və 31 oktyabrda qeyd olunur.
Son illərdə Rusiya rəsmiləri və ictimai xadimlər bu bayrama qarşı çıxaraq onu “Qərb təsiri”nin simvolu adlandırır və “rus ənənələrinin qorunmasına” çağırırlar.
Əvvəllər hüquqşünaslar “şeytanizm” simvolikasına malik geyimlərdən uzaq durmağı tövsiyə etmiş və xatırlatmışdılar ki, “Beynəlxalq Şeytanizm Hərəkatı” Rusiyada ekstremist təşkilat hesab olunur.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                