ABŞ prezidenti Donald Tramp Halloween bayramı münasibətilə Ağ Evdə keçirilən tədbirdə uşaqlara şirniyyat paylayarkən yerə düşürdüyü şokoladı götürüb bir uşağa verib.
DenMedia.az xəbər verir ki, tədbir YouTube-da canlı yayımlanıb.
Tramp və birinci xanım Melaniya Tramp bayrama gələn uşaqları təbrik edərək onlara konfet və şokoladlar paylayıblar.
Mərasim zamanı prezidentin yanına Tramp və Melaniya obrazlarında geyinmiş iki uşaq yaxınlaşıb: oğlan mavi kostyum və qırmızı papaq, qız isə birinci xanımın stilinə bənzər palto geyinib.
Hətta bir uşaq “gizli xidmət agenti” kimi geyinmişdi.
Bir anda Trampın əlindən şokolad yerə düşüb. O, şokolad batonunu yerdən qaldırıb, sanki heç nə olmamış kimi uşağa təqdim edib.
Amerikalılar bu anı Halloween ruhuna uyğun “şirin, amma bir az müəmmalı jest” adlandırıblar.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                